Tokio Olimpiya Oyunlarında iştirak edəcək idmançılar dörd gündən bir COVID-19 testindən keçəcəklər.
“Arqumentı i Faktı” nəşrinin məlumatına görə, bu tələb Beynəlxalq Olimpiya Komitəsinin idmançılar üçün dərc etdiyi qaydalarda öz əksini tapıb.
Test proseduru Olimpiya kəndi ərazisində təşkil olunacaq. Tibb məntəqəsinə gəlmək üçün idmançılara xüsusi nəqliyyat vasitəsi ayrılacaq. Testin nəticəsini isə mobil tətbiq vasitəsilə öyrənmək mümkün olacaq.
Həmçinin hər hansı bir idmançıda virus aşkar olunduğu zaman digərlərinə xəbərdarlıq göndəriləcək.
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən təxirə salıınmış Tokio Yay Olimpiya Oyunları 23 iyul – 8 avqust tarixlərində təşkil olunacaq.