BƏƏ kosmik gəmisi uğurla Mars orbitinə daxil olub.
Bu barədə dw.com xəbər yayıb.
Kosmik gəmi 2020—ci ilin iyulun 20-də H-IIA daşıyıcı raketi vasitəsi ilə Yaponiyanın Tanegasima Kosmik Mərkəzindən buraxılıb.
Zond “Qırmızı Planet”in iqlimini və alt atmosferini öyrənmək üçün hazırlanıb. Cihaz görünən, infraqırmızı və ultrabənövşəyi diapazonlarda müşahidə aparmağa imkan verən üç kamera ilə təchiz edilib.
Congratulations to our wise leadership, the people of the UAE and the Arab and Muslim world on the success of @HopeMarsMission, a historic milestone created by Emirati efforts, working 5.5 million hours over 6 years. We are now the 5th country in history to reach Mars. pic.twitter.com/OYtapWnRip
— Hamdan bin Mohammed (@HamdanMohammed) February 9, 2021