Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Toni Kroos favorit start heyətini açıqladı
Almaniyalı ulduz futbolçu karyerasını başa vurmazdan əvvəl favorit hesab etdiyi 11-liyi açıqlayıb.
Məlumata görə, ispaniyalı jurnalistlər təcrübəli yarımmüdafiəçidən karyerasını başa vurmadan öncə ən güclü futbolçulardan ibarət əsas heyət yaratmasını istəyiblər.
Toni Kroos isə açıqlamasında Miroslav Kloze, Tomas Müller, Frank Riberi, Kriştianu Ronaldu, Feliks Kroos, Luka Modriç, Kazemiro, Coşua Kimmix, Stefan Reinarts, Qonsalo Kastro, Serxio Ramos və Manuel Noyerin adını deyib.
Qeyd edək ki, Toni Kroos karyerası ərzində "Bavariya", "Bayer Leverkuzen" və "Real Madrid" klublarında çıxış edib.
Mənbə: Givemesport.com