Türkiyə Superliqasının 9-cu turunda "Fənərbağça" autsayder "Fatih Karagümrük" klubunu qəbul edib.
Oxu.Az xəbər verir ki, matçda gözlənildiyi kimi meydan sahibləri qalib gəliblər - 2:1.
Talişka (23, pen.) və Asensionun (41) qolları sarı-lacivərdlilərə 3 xal qazandırıb. Qonaqlardan Serjinyu (59) fərqlənib.
Hazırda "Fənər" 19 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb və lider "Qalatasaray"dan 6 xal geri qalır. "Fatih Karagümrük"isə 3 xalla sonuncu - 18-ci yerdədir.