Futbol üzrə Türkiyə 1-ci Liqasının 13-cü turunda "Kayserispor" doğma meydanda "Muğlaspor"u qəbul edib.
Oxu.Az "Beinsports"a istinadən xəbər verir ki, qarşılaşmanın fasiləsində stadionda qeyri-adi hadisə yaşanıb.
Belə ki, futbolçuların paltardəyişmə otağında olduğu vaxt meydana tülkü daxil olub. Yaşıl meydanda sürətlə hərəkət edən heyvan bir müddət sonra gözdən itib.
Tülkünün meydana çıxması azarkeşlər və oyunu izləyənlər üçün maraqlı və gözlənilməz anlar yaradıb.
Qaynar xətt:
(055) 224 12 12