UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşlərinə start verilib.
Oxu.Az xəbər verir ki, ilk oyun günündə bir matç baş tutub.
İrlandiyada yerli "Şelburn" Xorvatiyanın "Riyeka" klubu ilə üz-üzə gəlib.
İlk qarşılaşmada doğma azarkeşləri önündə məğlub olan (1:2) Balkan təmsilçisi səfərdə lazımi nəticəni təmin etməyi bacarıb və mərhələ adlayıb - 1:3 (3:4)
Qeyd edək ki, III təsnifat mərhələsinin digər cavab görüşləri avqustun 14-də keçiriləcək.
Bu gün UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşlərinə bir oyunla start veriləcək.
Oxu.Az xəbər verir ki, ilk oyun günündə "Şelburn" "Riyeka" ilə üz-üzə gələcək.
Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Qeyd edək ki, mərhələnin digər görüşləri avqustun 14-də keçiriləcək.
12 avqust
UEFA Avropa Liqası
III təsnifat mərhələsi
Saat 22:45, "Şelburn" - "Riyeka".