UEFA Çempionlar Liqasının liqa mərhələsində dördüncü turun oyunları start götürüb.
Oxu.Az xəbər verir ki, ilk oyun günündə keçiriləcək qarşılaşmalardan artıq ikisi başa çatıb.
"Napoli" doğma azarkeşlər önündə "Ayntraxt Frankfurt"la qarşılaşıb. 90 dəqiqə ərzində tərəflər fərqlənməyə çalışsalar da, matç qolsuz bərabərliklə yekunlaşıb - 0:0.
"Arsenal" səfərdə "Slaviya Praqa"nın qonağı olub. Azərbaycanlı baş hakim Əliyar Ağayevin idarə etdiyi oyunda "topçular" meydan sahiblərinin qapısından üç cavabsız qol keçiriblər. Saka (32) və Merino (46, 68) adlarını tabloya yazdırıblar - 0:3.