UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turu çərçivəsində keçirilən "Napoli" -"Qarabağ" oyununda ev sahibləri 2:0 hesablı qələbə qazanıblar.
Oxu.Az xəbər verir ki, qolları 66-cı dəqiqədə MakTominey və 72-ci dəqiqədə "Qarabağ"ın futbolçusu Sami MMae (avtoqol) vurublar.
Qeyd edək ki, "Qarabağ" növbəti görüşünü dekabrın 10-da Bakıda "Ayaks"a qarşı keçirəcək.
UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turu çərçivəsində keçirilən "Napoli" -"Qarabağ" matçında ev sahibləri ikinci qolu vurublar.
Oxu.Az xəbər verir ki, 72-ci dəqiqədə "Qarabağ"ın futbolçusu Sami MMaeenin avtoqolu qeydə alınıb.
UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turu çərçivəsində keçirilən "Napoli" -"Qarabağ" matçında hesab açılıb.
Oxu.Az xəbər verir ki, ilk qolu "Napoli"nin heyətində 66-cı dəqiqədə MakTominey vurub.
UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turu çərçivəsində keçirilən "Napoli" -"Qarabağ" matçında ikinci hissə başlayıb.
Oxu.Az xəbər verir ki, ilk hissədə qapılara qol vurulmayıb.
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin beşinci turu çərçivəsində keçirilən "Napoli" -"Qarabağ" matçında birinci hissə qolsuz başa çatıb.
Oxu.Az xəbər verir ki, ilk hissə "Qarabağ"ın qapıçısı Koxalskinin qurtarışı ilə yadda qalıb.
UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turu çərçivəsində Neapolun "Dieqo Armando Maradona" stadionunda "Napoli" - "Qarabağ" qarşılaşması start götürüb.
Oxu.Az xəbər verir ki, matçı polşalı hakim Şimon Martsinyak idarə edir.
UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turu çərçivəsində keçiriləcək "Napoli" - "Qarabağ" oyununun start heyətləri müəyyənləşib.
Oxu.Az xəbər verir ki, komandalar "Dieqo Armando Maradona" stadionunda keçiriləcək matça aşağıdakı tərkibdə çıxacaqlar:
"Napoli": 32. Vanya Milinkoviç-Saviç, 31. Sem Bökema, 13. Amir Rrahmani, 4. Alessandro Buoncorno, 17. Matias Oliveyra, 22. Covanni Di Lorentso, 68. Stanislav Lobotka, 8. Skott Maktominey, 70. Noa Lanq, 19. Rasmus Höylund, 7. David Nereş;
"Qarabağ": 99. Mateuş Koxalski, 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 35. Pedro Bikalyo, 8. Marko Yankoviç, 15. Leandro Andrade, 11. Emmanuel Addai, 17. Kamilo Duran, 10. Abdullah Zubir.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin beşinci turunda "Qarabağ" növbəti oyununa çıxacaq.
Oxu.Az xəbər verir ki, təmsilçimiz səfərdə İtaliyanın "Napoli" klubu ilə üz-üzə gələcək.
"Dieqo Armando Maradona" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə gecəyarısında start götürəcək.
Qeyd edək ki, dörd turdan sonra "Qarabağ" yeddi xalla 15-ci, "Napoli" isə dörd xalla 24-cü yerdədir.
Xatırladaq ki, "Qarabağ" növbəti oyununu dekabrın 10-da doğma meydanda "Ayaks" klubuna qarşı keçirəcək.
26 noyabr
UEFA Çempionlar Liqası
V tur
Saat 00:00, "Napoli" - "Qarabağ".