UEFA Çempionlar Liqasının liqa mərhələsində beşinci turun oyunları keçirilir.
Oxu.Az xəbər verir ki, gecənin ən maraqlı qarşılaşmalarından biri Londonda baş tutub. "Çelsi" doğma "Stemford Bridc" arenasında "Barselona"nı qəbul edib.
27-ci dəqiqədə Kundenin avtoqolu sayəsində ingilislər hesabı açıblar. Bu azmış kimi, 44-cü dəqiqədə Arauxo meydandan qovulub və katalonlar azlıqda qalıblar.
Say üstünlüyündən yararlanan "zadəganlar" Estevao (55) və Depayın (74) qolları ilə fərqi artıraraq yekun hesabı müəyyən ediblər - 3:0.
Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:
"Qalatasaray" - "Royal Union" 0:1;
"Ayaks" - "Benfika" 0:2;
"Budyo/Qlimt" - "Yuventus" 2:3;
"Borussiya Dortmund" - "Vilyarreal" 4:0;
"Mançester Siti" - "Bayer Leverkuzen" 0:2;
"Marsel" - "Nyukasl Yunayted" 2:1;
"Napoli" - "Qarabağ" 2:0;
"Slaviya Praqa" - "Atletik Bilbao" 0:0.