Bu gün UEFA Çempionlar Liqasında yarımfinala yüksələcək son komandalar bəlli olacaq.
Oxu.Az xəbər verir ki, son oyun günündə "İnter" klubu "Bavariya"nı, "Real Madrid" isə "Arsenal"ı qəbul edəcək. Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Qeyd edək ki, dünən baş tutan ilk oyun günündən sonra PSJ və "Barselona" klubları yarımfinala vəsiqə qazanıblar və bu mərhələdə öz rəqiblərini gözləyirlər.
16 aprel
UEFA Çempionlar Liqası
Dörddəbir final mərhələsi
Saat 23:00, "İnter" - "Bavariya" (ilk oyun - 2:1);
Saat 23:00, "Real Madrid" - "Arsenal" (ilk oyun - 0:3).