UEFA Konfrans Liqasının əsas mərhələsində beşinci turun oyunları keçirilib.
Oxu.Az xəbər verir ki, turun bütün qarşılaşmaları artıq başa çatıb.
"Kristal Pelas" səfərdə "Şelburn"un qonağı olub. İngilislər irlandların qapısından 3 cavabsız top keçiriblər - 0:3.
Maltada yerli "Hamrun"la üz-üzə gələn Donetsk "Şaxtyor"u rəqibindən üstün olub. Qonaqlar meydan sahiblərini iki dəfə oyuna mərkəzdən başlamağa dəvət ediblər - 0:2.
Gecənin digər matçlarında aşağıdakı nəticələr qeydə alınıb:
"Aberdin" (Şotlandiya) - "Strasburq" (Fransa) 0:1;
KuPS (Finlandiya) - "Lozanna" (İsveçrə) 0:0;
"Lex" (Polşa) - "Maynts" (Almaniya) 1:1;
"Linkoln Red İmps" (Cəbəllüttariq) - "Siqma Olomouts" (Çexiya) 2:1;
"Rakuv" (Polşa) - "Zrinski" (Bosniya və Hersoqovina) 1:0;
"Rapid" (Avstriya) - "Omoniya" (Kipr) 0:1;
"Riyeka" (Xorvatiya) - "Selye" (Sloveniya) 3:0;