Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
UEFA Mourinyonu cəzalandırdı
“Roma”nın baş məşqçisi Joze Mourinyo Avropa Liqasının finalında “Sevilya” ilə oyundan sonra (1:1, penalti 1:4) hakimi təhqir etdiyinə görə 4 matçlıq cəza alıb. Mütəxəssisin cəzası yalnız avrokubok oyunlarına şamil edilib.
60 yaşlı mütəxəssis Avropa Liqasının həlledici oyununda Entoni Teylorun işindən narazı qalıb. O, matç başa çatdıqdan sonra dayanacaqda hakimi təhqir edib.
Beləliklə, Mourinyo 2023/24 mövsümündə Avropa Liqasının qrup mərhələsinin əksər oyunlarını buraxacaq.
Bundan başqa, UEFA “Roma”nı komandanın və onun azarkeşlərinin nalayiq davranışlarına görə 55 min avro cərimələyib.
Mənbə: sport-express.ru