Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
UEFA "Qarabağ"ın məşqçisini cəzalandırıb
UEFA "Qarabağ"ın məşqçisi Çudomir Çakarovu ikioyunluq cəzalandırıb.
"Report"un məlumatına görə, buna 47 yaşlı mütəxəssisin Bakıda "Ayaks"a uduzduqları (0:3) Avropa Liqasının Liqa mərhələsinin III turunun matçında qırmızı vərəqə alması səbəb olub.
Görüşü idarə edən şotlandiyalı FIFA referisi Nikolas Uolş fasilədə Bolqarıstandan olan məşqçiyə qırmızı vərəqə göstərib.
O, Avropa Liqasında qarşıdakı iki matçda texniki zonada əyləşə bilməyəcək.
Bundan əlavə, həmin qarşılaşmada birbaşa qırmızı vərəqə görən Julio Romao və ikinci sarı vərəqədən sonra meydandan qovulan Elvin Cəfərquliyev hərəyə biroyunluq cəzalandırılıblar.
Qeyd edək ki, "Qarabağ" IV turda, noyabrın 7-də Norveçdə "Bodo Qlimt"in qonağı olacaq.
"Qarabağ FK" teqi üzrə xəbərlər
- Albaniyanın daha bir klubu Redon Cicanı transfer etməyə hazırlaşır
- Dünya klublarının reytinq siyahısında bizimkilər neçəncidirlər?
- "Qarabağ" klubunun qolkiperi Polşada ən yaxşılar siyahısında neçənci olub?
- Adil Şükürov 2024-cü ili Azərbaycan futbolu üçün uğursuz adlandırıb
- "Qarabağ"ın oyunlarının yeri dəyişdirilib
Rəylər