Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
UFC prezidenti üç titul döyüşünü anons etdi: Azarkeş sayında məhdudiyyət olmayacaq
UFC Prezidenti Deyna Uayt Ceksonvildə (Florida ştatı) UFC 261 turnirinin pandemiya dövründə ilk dəfə azarkeş sayına heç bir məhdudiyyət qoyulmadan keçiriləcəyini açıqlayıb.
Bu barədə “MMA Weekly” məlumat yayıb.
UFC 261 turnirində eyni zamanda üç titul döyüşü keçiriləcək. Gecənin əsas döyüşündə Kamaru Usman Xorxe Masvidala qarşı kəmər müdafiəsi üçün oktaqona çıxacaq.
Həmçinin qadınlar arasında minimal çəki dərəcəsində hazırki çempion Çjan Veyli Rouz Namayunasla, qadınlar arasında ən yüngül çəki dərəcəsində çempion Valentina Şevçenko ilə Cessika Andrade üz-üzə gələcəklər.
Ən çox oxunanlar