Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

UFC ulduzları Bakıya gəlirlər
UFC-nin Şöhrət zalının üzvü və keçmiş orta çəki çempionu Maykl Bispinq UFC-nin Azərbaycanda keçiriləcək ilk tarixi turniri çərçivəsində Bakıya gələcək.
Oxu.Az xəbər verir ki, Maykl Bispinq, Brendon Fitscerald və Pol Felder iyunun 21-də Baku "Crystal Hall"da baş tutacaq bu möhtəşəm UFC turnirinin rəsmi şərhçiləri olacaqlar.
Eyni zamanda, UFC dünyasının canlı əfsanəsi Bryus Baffer turnirin oktaqon aparıcısı olacaq.
Gecənin əsas qarşılaşması keçmiş UFC yarım ağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xalil Rauntri arasında baş tutacaq. Gecənin "co-main event"i (dəstək tədbiri) isə Azərbaycan təmsilçisi Rafael Fiziyevlə İqnasio Baxamondes arasında yüngül çəkidə keçiriləcək döyüş olacaq.
"Mütləq Döyüş Çempionatı (UFC)" teqi üzrə xəbərlər
- Bakıda keçiriləcək UFC turnirindən əvvəl döyüşçülər üz-üzə gəliblər
- "Baku Crystall Hall"da UFC-nin ulduz qonaqları ilə görüş keçirilib
- İlham Əliyev UFC-nin prezidentini qəbul edib
- Merab Dvalişvili: "Nazim döyüşə çıxanda böyük sürprizin şahidi olacaqsınız"
- Merab Dvalişvili: "Gələcəkdə Azərbaycandan da UFC çempionu çıxacaq"