Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Yarışçıları rəqiblərindən daha çox sınağa çəkən Sena: Daha 24 nəfər həkimə müraciət etdi
Paris Olimpiya Oyunlarında Sena çayının çirkliliyi ilə bağlı qalmaqal davam edir. Belə ki, üzgüçülük yarışlarından sonra daha 24 idmançıya tibbi yardım lazım olub.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Libération" məlumat yayıb.
Bildirilib ki, ümumilikdə 34 nəfər zərər çəkib. Onlardan 10 nəfəri qusma əlamətlərindən əziyyət çəkib, digər 24-ü isə müxtəlif simptomlarla xəstəxanaya yerləşdirilib.
Ekspertlər uzun müddətdir Fransa paytaxtının əsas su arteriyasının acınacaqlı vəziyyəti barədə xəbərdarlıq edirdilər. Ölkənin ekoloqları Senanın çoxdan sənaye və kanalizasiya tullantılarının axıdıldığı çirkli arxa çevrildiyini və sudakı zərərli maddələrin konsentrasiyasının yol verilən normalardan onlarla dəfə çox olduğu barədə xəbərdarlıq ediblər.
Olimpiya Oyunlarının təşkilatçıları Sena çayını oyunların başlanğıcına qədər təmizləməyi vəd etsələr də, bu tədbirlər səmərəsiz olub. İdmançıların sağlamlığı və hətta həyatı ciddi risk altına düşüb.
Rəylər