Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Yurgen Klopp "Liverpul"a qayıdacağı vaxtı açıqlayıb
"Liverpul"un sabiq baş məşqçisi Yurgen Klopp "mersisaydlılar" haqqında danışarkən "Enfild"ə qayıdacağı tarixi açıqlayıb.
Oxu.Az xəbər verir ki, mütəxəssis bu il keçmiş klubunu ziyarət edəcəyini deyib:
"Yəqin ki, "Liverpul"un cari mövsüm Premyer Liqada keçirəcəyi son ev oyununda stadionda olacağam. Hazırda planım budur. Dürüst olum ki, "Enfild"ə (komandanın ev oyunlarını keçirdiyi stadion - red.) daha tez getmək niyyətim yoxdur. Çünki uğursuzluq gətirmək istəmirəm".
Qeyd edək ki, Klopp 2015-ci ildən ötən ilin yayınadək "Liverpul"a baş məşqçilik edib. Hazırda almaniyalı mütəxəssis "Red Bull"da futbol bölməsinin rəhbəridir.
"Yurgen Klopp" teqi üzrə xəbərlər
- Yurgen Klopp "Borussiya Dortmund" azarkeşlərindən üzr istədi
- UEFA Yurgen Kloppu təhqir edən hakimi ağır cəzalandırdı
- Yurgen Klopp futbol tarixinin üç ən yaxşı futbolçusunun adını çəkib
- Yurgen Klopp və "Liverpul"u təhqir edən hakim işdən qovuldu
- Yurgen Kloppu və "Liverpul"u təhqir edən ingiltərəli hakimin lisenziyası alınıb