"Zirə"nin qış hazırlıq planı bəlli olub.
Oxu.Az xəbər verir ki, paytaxt klubu yanvarın 3-də Bakıda bir araya gələcək və ayın 10-na qədər hazırlığını burada davam etdirəcək.
Toplanışın ikinci mərhələsi isə yanvarın 10-17-də Türkiyənin Antalya şəhərində baş tutacaq.
Komanda Antalyada iki yoxlama oyunu keçirməyi də planlaşdırır.