Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakıda “Critical Infrastructure Defence Challenge 2023” tədbiri keçirilir - FOTO
Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində “Critical Infrastructure Defence Challenge 2023” (“Kritik İnfrastruktur Müdafiə Çağırışı”, CIDC-2023) tədbiri keçirilir.
Oxu.Az xəbər verir ki, tədbirdə Azərbaycan Dövlət Təhlükəsizliyi xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidmətinin rəisi İlqar Musayev, KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov, “ASAN xidmət”in rəhbəri Ülvi Mehdiyev, eləcə də kritik informasiya sistemlərində kiberhücumlardan müdafiə sahəsi üzrə ixtisaslaşmış yerli və xarici şirkətlər, dövlət və özəl sektorlar, tələbə və ekspertlər iştirak edirlər.
Qeyd edək ki, Azərbaycanda ilk dəfə kritik informasiya sistemlərində kiberhücumlardan müdafiə qabiliyyətinin və böhran vəziyyətlərində informasiya sistemlərinin idarəedilməsinin inkişaf etdirilməsi məqsədilə “Kibermüharibə” yarışı keçiriləcək.
Daha çox şəkil burada: PhotoStock.az
Könül Cəfərli
"ASAN xidmət" teqi üzrə xəbərlər
- Pakistanın baş naziri 7 saylı Bakı "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub
- Somali prezidenti azərbaycanlı cütlüyün nikah şahidi oldu
- "ASAN xidmət"də yeni DİREKTOR TƏYİNATI
- "ASAN xidmət"in xanım əməkdaşı qəfil vəfat etdi
- Bakıda müalicəsi davam edən aviaqəza yaralılarına yeni şəxsiyyət vəsiqələri veriləcək