Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"ChatGPT"yə meydan oxuyan "DeepSeek" sındırıldı və məxfi məlumatlara giriş əldə edildi
Çinin süni intellekt modeli "DeepSeek" neyron şəbəkəsi sındırılıb, məxfi məlumatlara giriş əldə edilib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə ABŞ-nin "Wiz Research" kibertəhlükəsizlik şirkətinin tədqiqatçıları xəbər veriblər.
Bildirilir ki, onlar bir neçə dəqiqə ərzində "oauth2callback.deepseek.com:9000" və "dev.deepseek.com:9000" serverlərində yerləşən "ClickHouse" verilənlər bazası üzərində tam nəzarəti əldə edə biliblər.
"Bu verilənlər bazası əhəmiyyətli həcmdə çat tarixçəsi, daxili məlumatlar və məxfi məlumatları, o cümlədən jurnal axınlarını, API sirlərini və əməliyyat məlumatlarını əhatə edirdi", - deyə məlumatda vurğulanıb.
"Wiz" ekspertlərinin sözlərinə görə, neyron şəbəkəsinin komandası məlumat sızması barədə məlumatlandırılıb.
"Onlar dərhal ictimai girişi məhdudlaşdırıb, verilənlər bazasını internetdən siliblər", - deyə mütəxəssislər vurğulayıblar.
Xatırladaq ki, Çinin "DeepSeek" şirkəti yanvarın 20-də ABŞ-nin "OpenAI" şirkətinin "ChatGPT" versiyasından üstün olduğu iddia edilən çat-botun yeni "R1" versiyasını buraxıb. Ekspertlər qeyd ediblər ki, Çin çat-botunun tərtibatçıları "OpenAI"dən xeyli az vəsait xərcləyiblər. Bazarların "DeepSeek-R1"in meydana çıxmasına reaksiyası kəskin olub. ABŞ-nin "Nasdaq" texnologiya indeksi 3%-dən çox enib, "OpenAI" üçün bahalı çiplərlə təchiz edən "NVidia" şirkətinin səhmləri isə 16.86% düşüb.
"DeepSeek" teqi üzrə xəbərlər
- Durov Qərbin süni intellekt sahəsində Çindən niyə geri qaldığını izah edib
- "Alibaba Cloud"un süni intellekti "DeepSeek"i üstələdi
- ABŞ hərbçilərinə Çinin süni intellekt proqramından istifadəni qadağan edib
- "DeepSeek-R1" dünya bazarlarını və milyarderlərin sərvətlərini sarsıtdı
- "ChatGPT"nin çinli analoqu mobil tətbiq reytinqlərinə başçılıq edir
Rəylər