Google şirkəti, korporasiyaya məxsus YouTube hostinqində ekstremist video-çarxların yayılması ilə mübarizəni sərtləşdirəcək.
Oxu.Az xəbər verir ki, bu barədə Google-nin iyunun 18-də verdiyi bəyanatında deyilir.
Bunun üçün şirkət terror və digər ekstremist mövzulu video-çarxları avtomatik aşkar edən və silən seçənəkləri yeniləyəcək və yaxşılaşdıracaq. Google bu qəbildən olan videoları axtarıb tapan əməkdaşların sayını artırmağa hazırlaşır.
Google belə videolara baxan istifadəçilərə həyatını terror ilə bağlamamağa çağıran antiekstremizm məzmunlu keçidlər gönədərəck.
Şirkət həmçinin internetdə ekstremist materialların yayılması ilə mübarizə aparan ictimai təşkilatlarla əməkdaşlıq qurmağı vəd edib.
“Ekstremistlər və terrorçular təhlükəsizliyimizi təhdid altında qoymurlar, onlar həmçinin bizim dəyərlərimizi, cəmiyyəti açıq və azad edən hər şeyi məhv etmək istəyirlər. Biz buna icazə verməyəcəyik”, - Google-nin press-relizində bildirilir.
S.S.
www.oxu.az