“Huawei” şirkəti Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərir. Bildiyiniz kimi, “Huawei” İKT sahəsində əsas həlledici rola malikdir. Bizim Azərbaycanda strateji tərəfdaşlarımızın sayı ildən-ilə artır”.
Oxu.Az xəbər verir ki, bu sözləri “Huawei Azərbaycan”nın baş icraçı direktoru Cao Zejun şirkətin Azərbaycandakı biznesindən danışarkən deyib.
Onun sözlərinə görə, şirkət Azərbaycanda etibarlı tərəfdaşları ilə işlərini yeni məcrada inkişaf etdirəcək.
Baş icarçı direktor əlavə edib ki, şirkət innovasiyalara investisiya yatırmağa önəm verir:
“Huawei”in 170 ölkədə nümayəndəliyi var. “Bu ildən “Huawei” smartfonlarına böyük tələbat yaranıb. Mobil operatorların bizim smartfonlara marağı artıb. Bu sahədə fəaliyyət göstərmək üçün bizim böyük potensialımız var”.
C.Zejun şirkətin Azərbaycandakı gələcək planlarından danışarkən deyib ki, 2017-ci ildə “Gözəl Azərbaycan” layihəsini yenidən davam etdirəcəyik:
“Azərbaycanda yaşayan və işləyən hər bir şəxs ölkəmizi ürəkdən sevir. Biz bu layihə ilə Azərbaycanın gözəl təbiəti, tarixi, mədəniyyəti və mehriban insanları barədə dünyanı məlumatlandırmaq istəyirik.
“Facebook”, “YouTube” və digər sosial şəbəkələrdə paylaşımlarla biz bu layihənin əhatə dairəsini daha da genişləndirəcəyik”,- deyə o, sözlərinə əlavə edib.
Qeyd edək ki, şirkət noyabrın 29-da Bakıda keçirilən “Əşyaların İnterneti. Növbəti nəsil” konfransının sponsoru qismində çıxış edib.
Ülviyyə R. Əli
www.oxu.az