Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İnsan-kiborq erası başlayır: "Neuralink"in ikinci uğurlu sınağı
İnsan beyni üçün çip implantasiyası ikinci dəfə də uğurla tamamlanıb və çox yaxşı işləyir.
Oxu.Az-ın TASS-a istinadla məlumatına görə, bu barədə "Neuralink" sahibi İlon Mask xəbər verib.
"Göz dəyməsin, amma görünür ki, ikinci implantla hər şey çox yaxşı keçdi. O, çox yaxşı işləyir", - deyə Mask vurğulayıb.
Qeyd edək ki, insan beyninə yerləşdirilə biləcək çiplərin hazırlanması ilə məşğul olan "Neuralink" startapı 2016-cı ilin iyul ayında İlon Mask tərəfindən yaradılıb. Amerikalı milyarder hesab edir ki, bu cür neyro-interfeyslər insanın kiborqa çevrilməsinə, süni intellektə qarşı dura bilməsinə, eləcə də insanların birbaşa fikir gücü ilə kompüteri idarə etməyi öyrənməsinə kömək edəcək.
Xatırladaq ki, yanvarın sonunda "Neuralink" ilk dəfə olaraq insan beyninə implant yerləşdirdi. Mayın ortalarında isə Mask neyrotexnoloji şirkətinin beyin implantının yerləşdirilməsi üzrə ikinci pasiyent kimi klinik sınaqda iştirak etmək üçün müraciətləri qəbul etməyə başladığını bildirib.
Mövzuya aid xəbərlər
- İlon Maskın layihəsindən uğur: Beyinə yerləşdirilən çipin effektivliyi yüksəlir
- "Telepatiya" ilə kompüteri idarə edən ilk pasiyent: "Mən yuxuda olanda kursor hərəkət edib..."
- İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır
- Dünyada bir ilk: İnsan beyninə çip yerləşdirildi - FOTO/VİDEO
Rəylər