"Apple" şirkəti 2011-ci ildən bəri ilk dəfə olaraq "Samsung" şirkətini dünya tədarükləri üzrə ötərək, 2025-ci ildə ən böyük smartfon istehalçısı olacaq.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat "Counterpoint Research" araşdırma şirkətinin proqnozlarında yer alıb.
Analitiklərin qiymətləndirmələrinə görə, "Apple"ın qlobal bazardakı payı 19,4 faizə çatacaq. "Samsung"da isə bu göstərici 18,7 faiz təşkil edəcək.
Ekspertlər "Apple"ın uğurunu, ilk növbədə, "iPhone 17" silsiləsindən olan smartfonların daha çox satılması ilə əlaqələndirirlər.
Şirkətin proqnozuna görə, "Apple" 2029-cu ilədək dünyanın ən çox satılan smartfon brendi olacaq.