28 
Yan
2020
08:10
287
14
6307
Virtual karabakh

Qəhrəman ata özünü təhlükəyə ataraq qızını ölümdən xilas etdi – VİDEO

28 Yan, 2020
08:10
6307

Qəhrəman ata özünü təhlükəyə ataraq qızını ölümdən xilas etdi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dəmir yollarında təhlükəsizlik qaydalarına riayət etməmək əksər hallarda faciə ilə nəticələnir.

Lakin nadir hallarda belə vəziyyətdə ölümdən qurtulmaq olur.

“Masrawy” xəbər verir ki, belə xoşbəxt hadisə Misirdə baş verib.

Qızının platformadan yıxıldığını görən ata fikirləşmədən onun üstünə atlanaraq öz bədəni ilə sürətlə yanından keçən qatardan qoruyub.

Videokadrlarda göründüyü kimi, ata 12 yaşlı qızını var gücü ilə qucaqlayaraq bütün gələcək xəsarətləri öz üzərinə götürmək istəyir.

Sevindirici haldır ki, bu cür qəhrəman atanın fədakarlığı hədər olmur və ikisi də bu ölümcül vəziyyətdən sağ-salamat çıxa bilirlər.

 

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri