Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Böyük Misir Muzeyi Cizədə açılır
Bu gün Cizədəki Böyük Misir Muzeyi zallarının əksəriyyətini ziyarətçilər üçün açacaq. 2005-ci ildə tikintisi başlayan bu möhtəşəm layihə Misirin bütün dünyaya həqiqi hədiyyəsi olmağa vəd edir.
Oxu.Az-ın məlumatına görə, bu barədə "RIA Novosti"yə Misir Turizm və Qədim Abidələr Nazirliyinin arxeoloji məsələlər üzrə köməkçisi ət-Tayeb Abbas məlumat verib.
Onun sözlərinə görə, muzey ildə ən azı üç milyon turist qəbul etməyi planlaşdırır. Açılış günündən etibarən gündə təxminən 4000 ziyarətçi gözlənilir.
Böyük Misir Muzeyi dünyaca məşhur Giza piramidalarının bilavasitə yaxınlığında yerləşir. Gələcəkdə bu iki əlamətdar görməli yeri birləşdirəcək piyada zonasının yaradılması planlaşdırılır. Ziyarətçilər qədim piramidalardan muzeydə təqdim olunan firon xəzinələrinə qədər maraqlı səyahət edə biləcəklər.
Muzeyin 12 zalından 10-u artıq qonaqları qəbul etməyə tam hazırdır. Qalan iki zal rəsmi mərasimdən sonra açılacaq, onun tarixi ölkənin siyasi rəhbərliyi tərəfindən cari dünya vəziyyəti nəzərə alınmaqla müəyyən ediləcək.
"Misir" teqi üzrə xəbərlər
- Kerç boğazında Suriya və Misirdən olan dənizçilərin olduğu gəmi qəza siqnalı verib
- Əli Əsədov Qahirədə Rəcəb Tayyib Ərdoğan və digər dövlət başçıları ilə görüşüb
- Misirli futbolçu oyun zamanı baş məşqçiyə hücum edib
- Misirdə içərisində 30-dan çox turistin olduğu yaxta batıb
- Misirdə hərbi helikopter qəzaya uğrayıb: Ölənlər var
Rəylər