Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Elnur Soltanov: "Bütün anlamda yük qadınların çiynindədir"
"Bütün anlamda yük qadınların çiynindədir".
Oxu.Az xəbər verir ki, bunu COP29-un Azərbaycan üzrə baş icraçı direktoru, energetika nazirinin müavini Elnur Soltanov "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş "Su və gender bərabərliyi" mövzusunda konfransda çıxışı zamanı deyib.
O bildirib ki, siyasi cəhətdən yanaşdıqda qadınlar zəif halqadırlar:
"Buna səbəb onların qərarvermədə daha asılı halda qalmalarıdır. İqtisadi fəaliyyətdə adətən kişilər pula çevrilə bilən fəaliyyətlə məşğuldurlar. Qadınlar daha çox məişət həyatına sıxışdırılıblar. Məişət həyatındakı işlər iqtisadi həyatdakı işlərdən çətin olmasına baxmayaraq, onun pul dəyəri yaranmayıb. Bütün anlamda yük qadınların çiynindədir".
Aygün Mirakif
"COP29" teqi üzrə xəbərlər
- Sahibə Qafarova: "Dövlətlərin daxili işlərinə qarışılması bütün problemlərin qaynağına çevrilib"
- Əli Əsədov Üçüncü Xəzər İqtisadi Forumunda iştirak edib
- Azərbaycan XİN başçısının müavini "COP29"un yekunlarına dair paneldə iştirak edib
- Təxribat və inqilabların himayədarı - İç üzü açılan USAID hər yerdən qovulur
- İordaniya şahzadəsi: "COP29 mühüm dönüş nöqtəsi oldu"