Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Amerikalı tibb bacısısının ABŞ-də COVID pandemiyası ilə bağlı şok etirafı
“2020-ci ildə COVID-19-un müalicəsi üçün “yuxarıdan” qeyri-adekvat müalicə protokolu verilmişdi. Hər ölü üçün həkimlərə ödəniş edirdilər”.
Bu barədə adı açıqlanmayan amerikalı tibb bacısı sosial şəbəkələrdə məlumat yayıb.
“Xüsusi miorelaksant preparatlar var ki, onları kurareyə bənzədirlər. Kurare - Latın Amerikasında bitən bitkinin zəhəridir.
Miorelaksantlar skelet əzələlərinin tonusunu azaltmaq üçün cərrahi əməliyyatlar zamanı istifadə olunur, lakin onlar əsasən anesteziologiyada, süni tənəffüs aparatına (STA) qoşulmuş, intubasiya edilmiş xəstələrdə tənəffüs əzələlərini - əsasən qabırğaarası əzələləri və diafraqmanı tamamilə hərəkətsizləşdirmək üçün istifadə olunur. STA özü tənəffüs qarışığını xəstəyə ötürür və intubasiya edilmiş xəstə aparatın işinə müdaxilə edə bilməz. 2020-ci ildə COVID-in müalicə protokolunda miorelaksantların dozası anesteziologiya təcrübəsində istifadə olunan miorelaksantların dozasına nisbətən beş dəfə daha yüksək olub. COVID xəstələri belə yüksək dozada dərmanın təsirindən çıxa bilməyərək, ekstubasiyadan sonra boğularaq ölüblər. Hər meyit üçün həkimlərə mükafat verirdilər”, - deyə qadın bildirib.
Mənbə: “Novosti” “Telegram” kanalı
"COVID-19" teqi üzrə xəbərlər
- Paşinyan Rusiyaya getmir - bəhanəsi var
- Zəiflik, əzələ və baş ağrıları: "Yüngül COVID"i soyuqdəymədən ayırmağın yolları açıqlandı
- Feminist "Yuva" maliyyə sxemlərinin qovşağı olub: 700 minlik oyun
- ÜST Konqoda sirli xəstəliyi araşdırır: 400-dən çox yoluxma, onlarla ölüm
- COVID-19-a qarşı daha bir vaksin hazırlanıb