Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 16 mlrd. 12 mln. 583 min dollar təşkil edib.
Oxu.Az Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, idxal əməliyyatları 6 958 381.25 min ABŞ dolları, ixrac əməliyyatları 9 054 201.75 min dollar olub.
Hesabat dövründə 2 mlrd. 95 mln. 820,5 min dollar məbləğində müsbət saldo yaranıb. İllik müqayisədə xarici ticarət üzrə müsbət saldo 8,8 dəfə artıb.
L.Ə.