Türkiyənin BOTAŞ (Boru Xətləri ilə Neft Daşıma AŞ), Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR), Fransanın "TotalEnergies" şirkəti və Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) arasında yeni 15 illik təbii qaz təchizatına dair müqavilə imzalanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyi sosial şəbəkə hesabında məlumat yayıb.
Məlumata görə, müqavilənin imzalanması Bakı Enerji Həftəsi çərçivəsində həyata keçirilib.
Bildirilir ki, bu müqavilə çərçivəsində "Abşeron" yatağında yeni istehsal investisiyalarının bir hissəsi olaraq, 2029-cu ildən etibarən Türkiyəyə ümumilikdə 33 milyard kubmetr təbii qaz nəql olunacaq.
"Türkiyənin enerji sahəsində mərkəzi ölkəyə çevrilmək vizyonunu dəstəkləyən bu strateji addım, ölkəmizin, bölgəmizin və Avropanın enerji təchizatı təhlükəsizliyinə əhəmiyyətli töhfələr verəcək", - deyə nazirliyin məlumatında bildirilib.
Xəbərdə bildirilir ki, müqavilənin imzalanması mərasimində Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.
Bakü Enerji Forumu marjında Azerbaycan Cumhurbaşkanı Sayın İlham Aliyev’in katılımıyla millî şirketimiz BOTAŞ ile SOCAR, TotalEnergies ve ADNOC arasında 15 yıllık yeni bir doğal gaz tedarik anlaşması imza altına alındı.
— T.C. Enerji ve Tabii Kaynaklar Bakanlığı (@TCEnerji) June 1, 2026
Söz konusu anlaşmayla Absheron sahasındaki yeni üretim… pic.twitter.com/qF3Cq5ajFd