Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

AMB "Sevinc Kredit İttifaqı"na icrası məcburi göstəriş verib
Azərbaycan Mərkəzi Bankı (AMB) "Sevinc Kredit ittifaqı" MMC-yə icrası məcburi göstəriş verib.
Oxu.Az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Məlumata görə, kredit ittifaqı bu ilin I rübü üzrə hesabatları "Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları"nın 10.3-cü bəndinin tələblərini pozaraq gecikmə ilə təqdim edib. Odur ki, "Kredit İttifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası"nın 4.4.4-cü yarımbəndinin tələbləri rəhbər tutularaq hesabatların qanunvericiliklə müəyyən edilmiş vaxtda təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.
"Azərbaycan Mərkəzi Bankı (AMB)" teqi üzrə xəbərlər
- Natali Muravidze: "AZIR indeksinin yenilənməsi ölkənin maliyyə bazarları üçün dönüş nöqtəsidir"
- Azərbaycanda nağd ödəniş azalır, kartlar çoxalır
- Adınıza kredit götürürlər, bank necə məsuliyyət daşımır?
- Nazirlər Kabineti mədəni və yaradıcı sənaye ilə bağlı qərar verdi
- Azərbaycan Mərkəzi Bankının sədrinin müşaviri vəzifəsindən azad edilib
Ən çox oxunanlar