“AmrahBank” 2017-ci ilin 1-ci rübünün sonuna dair hesabatlarını açıqlayıb.
Bu barədə Oxu.Az Banker.az-a istinadən xəbər verir.
“AmrahBank”ın mart ayının sonuna olan hesablarına istinadən 1,4 mln. manat zərər etməsi məlum olub. Ötən ilin 1-ci rübünün sonuna isə bankın azda olsa mənfəəti olub (73 min manat).
Bankın aktivlərinin ümumi həcmində də kəskin azalmalar müşahidə olunur.
Belə ki, ötən ilin mart ayının sonuna bankın aktivləri 276 mln. manat olduğu halda, hazırda bu rəqəm azalaraq 240 mln. manata düşüb.
Məlumat üçün bildirək ki, azalma, həmçinin bankın kapitalında da müşahidə edilib.
U.A.
www.oxu.az