"Minimum əməkhaqqının mütəmadi olaraq artırılmasını təmin edirik. Ötən müddət ərzində biz bunun 3.1 dəfə artırılmasına nail olmuşuq".
Oxu.Az xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında 2026-cı il dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

"Artıq minimum əməkhaqqını 400 manata çatdıra bilmişik. Bu islahata başlayanda minimum əməkhaqqın məbləği 130 manat idi", - nazir bildirib.
Məhərrəm Əliyev