Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Asiya İnkişaf Bankı Azərbaycan üzrə yeni ölkə direktoru təyin edib
Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə yeni ölkə direktoru təyin edilib.
"Report"a daxil olan məlumata görə, bu, Sunniya Durrani-Camaldır.
O bu gün AİB-in Azərbaycandakı daimi nümayəndəliyində rəsmi olaraq vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, xanım Durrani-Camal 25 ildən çox peşəkar təcrübəyə malikdir, onun 16 ilini əsasən rəhbər vəzifələrdə olmaqla AİB-də çalışıb. O, bankın Kamboca üzrə ölkə direktoru, Şərqi Asiya, Cənub-Şərqi Asiya və Sakit okean regionu üzrə vitse-prezidentinin baş məsləhətçisi, həmçinin baş iqtisadçısı olub.
Xanım Durrani-Camal Böyük Britaniyanın Sasseks Universitetindən iqtisadiyyat (insan kapitalının İnkişafı) üzrə magistr dərəcəsi və Pakistanın Quaid-i-Azam Universitetindən iqtisadiyyat elmləri (pul siyasəti) üzrə magistr dərəcəsinə malikdir.
O, AİB-in Azərbaycan nümayəndəliyində 2021-ci ildən bu vəzifəni icra edən ölkə direktoru Kandays MakDiganı əvəz edib.
"Asiya İnkişaf Bankı (AİB)" teqi üzrə xəbərlər
- Mikayıl Cabbarov Sunniya Durrani-Camal ilə görüşüb
- KOB-ların yaşıl keçidi ilə bağlı bəyannaməni dəstəkləyən təşkilatların sayı artmaqdadır
- Arzuolunmaz Fransa: Keçmiş müstəmləkələr Makrona qarşı
- KOB-ların yaşıl keçidinə dair KOBİA və Asiya İnkişaf Bankı arasında Memorandum imzalanıb
- ING Azərbaycanda bu il üçün iqtisadi artım proqnozunu artırıb