Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Aygün Əliyeva: "COP29-da partnyor qeyri-hökumət təşkilatlarının təqdimatı olub"
"Bu gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi partnyor qeyri hökumət təşkilatları ilə birlikdə "Xəzər dənizi və Davamlı İnkişaf: Ətraf Mühitin Mühafizəsi" mövzusunda növbəti beynəlxalq konfransa ev sahibliyi etdi. Konfransda Xəzər dənizi ətrafında, sahilyanı ölkələrdə yaşayan və fəaliyyət göstərən vətəndaş cəmiyyəti nümayəndələri ilə qeyri-hökumət təşkilatının rəhbərləri, eyni zamanda ekoloqlar və ekspertlər iştirak ediblər".
Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva COP29 çərçivəsində baş tutan "Xəzər dənizi və Davamlı İnkişaf: Ətraf Mühitin Mühafizəsi" mövzusunda keçirilən tədbirdə deyib.
Aygün Əliyeva vurğulayıb ki, tədbirdə Xəzər dənizinin ekoloji problemləri, çağırışlar və Xəzər dənizinin bugünkü ekoloji problemləri ilə mübarizə aparmaq istiqamətində beynəlxalq əməkdaşlığın əhəmiyyəti müzakirə edilib:
"Məlumat üçün deyim ki, COP29 beynəlxalq təşəbbüslər müsabiqəsi çərçivəsində qalib gələn partnyor qeyri-hökumət təşkilatlarının birgə təqdimatı olub. Onlar "Xəzər evi" platformasını təqdim etdilər. "Xəzər evi" platformasının əsas məqsədi odur ki, Xəzəryanı ölkələrdə yaşayan vətəndaş cəmiyyətinin nümayəndələri Xəzər dənizinin ekoloji vəziyyəti ilə bağlı layihələri birgə icra etsinlər. Eyni zamanda, COP29 beynəlxalq təşəbbüslər müsabiqəsinin qalib layihələrindən biri də yosunların biofunksiyası ilə bağlıdır. Layihədə məqsəd Xəzər sahilində yeni növ yosunların əkilməsi və ekosistemlərin qorunması üçün yosunların əkilmə prosesini genişləndirməkdir".
Şəhriyar Səmədov
"Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi" teqi üzrə xəbərlər
- Aygün Əliyeva: "Azərbaycan xalqının ən vacib ehtiyaclarından biri mina problemi ilə mübarizədir"
- Aygün Əliyeva: "Azərbaycan ilk dəfə COP29 kimi möhtəşəm tədbirə ev sahibliyi etdi"
- COP29-da Xəzəryanı dövlətlər arasında ekoloji əməkdaşlığın gücləndirilməsi müzakirə olunub
- COP29-da türk dövlətləri QHT-lərinin birgə iqlim təşəbbüslərinə dair forum keçirilib
- Aygün Əliyeva: "TDT liderləri səviyyəsində əlaqələr vətəndaş cəmiyyətinə də inteqrasiya olunub"