Hal-hazırda pul vəsaitlərinin Azərbaycandan digər ölkələrə köçürülməsinin həcminin artması müşahidə edilir. Pul köçürmələrinin həcminin artmasını stimullaşdıran əsas amillərdən biri, ölkə vətəndaşlarının gəlirinin artmasıdır.
Oxu.Az “Exo” qəzetinə istinadən xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirib.
“Pul köçürmələri müxtəlif ölkələrə, o cümlədən Rusiya, Amerika və Avropa İttifaqı ölkələrinə edilir.
İlkin dəyərləndirmələrin nəticələrinə görə Azərbaycandan pul köçürmələrinin investisiyalar nəzərə alınmadan illik həcmi 800 milyon dollara çatır. Bəzən isə məbləğ milyard dollar olur.
Pul köçürmələrinin 2014-cü ilin gələn ayları üçün də artacağı proqnozlaşdırılıb. Bu, yalnız Ukraynaya deyil, digər ölkələrə də aiddir. Bununla yanaşı Rusiyaya pul köçürmənin məbləğinin azalacağı gözlənilir, bu isə Rusiyaya qarşı tətbiq edilən sanksiyalarla əlaqədardır.
Bununla yanaşı Azərbaycandan Rusiyaya pul köçürmələr 2014-cü ildə 20% azala bilər”, - ekspert deyib.
Müstəqil iqtisadçı Oqtay Haqverdiyev öz növbəsində “Exo” qəzetinə bildirib ki, Azərbaycandan valyuta axını elə də böyük məbləğdə deyil, böyük məbləğdə olduqda isə söhbət investisiya xərclərindən gedir.
“Yəni, pul köçürmələri ölkə üçün əlavə gəlirə görə əsasdır. Əgər balansa diqqət yetirsək ölkəyə daxil olan pulun, gedən məbləğdən artıq olduğunu görərik”, - ekspert deyib.