Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neftin qiyməti ucuzlaşıb.
Oxu.Az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 1.11 ABŞ dolları və ya 1.73% azalaraq 63.15 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin bundan əvvəlki qiyməti 64.26 ABŞ dolları təşkil edib.