Rəqəmsal və innovasiya sahəsində çalışan mütəxəssislərin əməkhaqqına 20 il müddətinə gəlir vergisi 0 faiz miqdarında tətbiq olunacaq.
Oxu.Az-ın məlumatına görə, sözügedən məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Layihədə qeyd olunur ki, rəqəmsal, süni intellekt texnologiyaları, kibertəhlükəsizlik və innovasiya sahəsində (texnologiyalar parkının rezidentləri istisna olmaqla) işləyən yüksəkixtisaslı miqrantların, habelə ardıcıl olaraq son 24 ay və daha çox müddət ərzində Azərbaycanda vergi öhdəliyi olmamış və ya Azərbaycan Respublikasının qeyri-rezidenti olmuş şəxslərin, habelə həmin sahələr üzrə fəaliyyət göstərmək məqsədilə ölkəyə qayıdan Azərbaycan vətəndaşlarının, müəssisələrin bilavasitə elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərində çalışan mütəxəssislərinin muzdlu işdən əldə edilən aylıq gəlirlərindən gəlir vergisi 2026-cı il iyulun 1-dən 20 il müddətinə 0 faiz dərəcəsi ilə tutulacaq.