Futbol üzrə Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynov karyerasını Rumıniyanın "Petrolul" klubunda davam etdirəcək.
Oxu.Az xəbər verir ki, bu barədə sözügedən klub rəsmi məlumat yayıb.
Bildirilib ki, 23 yaşlı müdafiəçi ilə 2 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, C.Hüseynovun son klubu Bolqarıstanın "Arda" komandası olub. Gənc futbolçu Azərbaycanın millisinin iyunun 9-da San Marino ilə yoldaşlıq oyununda start heyətində yer alıb.

Qaynar xətt:
(055) 224 12 12