Dünya bazarında qızılın ucuzlaşması Azərbaycanda qiymətli metalın qiymətinə təsir edib.
Oxu.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin may ayında qızıl cüzi ucuzlaşıb. Mayda 750 əyarlı 5 qr üzüyün orta aylıq qiyməti 364,74 manata enib.
Qeyd edək ki, hesabat dövründə ölkədə 1 741,6 kq qızıl istehsal edilib. Qızıl istehsalı əvvəlki ilin müvafiq dövrünə nisbətdə 2,2 dəfə artıb.
L.Ə.