Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycanda xarici şirkətlərin sayı artır
Bu ilin oktyabr ayında Azərbaycanda xarici hüquqi şəxslərin 121 filial və ya nümayəndəliyi, 788 tam xarici investisiyalı müəssisə və xarici investisiyanın iştirakı ilə 190-dan artıq hüquqi şəxs qeydiyyata alınıb.
Oxu.Az xəbər verir ki, cari ilin ilk 10 ayı ərzində qeydiyyata alınmış tam xarici investisiyalı hüquqi şəxslərin sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 58 faizdən çox artıb.
Ümumilikdə respublikamızda xarici investisiyalı hüquqi şəxslərin sayı 9 934-dür. Onlardan 2 511-i xarici hüquqi şəxsin filial və nümayəndəliyi, 2 347-si birgə mülkiyyətli hüquqi şəxs, 5 076-sı isə tam xarici investisiyalı hüquqi şəxsdir.
Vergilər Nazirliyinin məlumatına görə, 2018-ci ilin oktyabr ayı ərzində Azərbaycanda 9 235 (1 147-si hüquqi şəxs, 8 088-i fiziki şəxs olmaqla) vergi ödəyicisi qeydiyyata alınıb və bu, 2017-ci ilin müvafiq dövrünə nisbətən 13,8 faiz çoxdur.
İlhamə Abdullayeva
www.oxu.az
"Azərbaycan" teqi üzrə xəbərlər
- NATO nümayəndələri Bakıya səfərə gəliblər
- İran və Azərbaycan birgə hərbi təlimlərə başladılar
- COP29-da tərəflər 300 milyard dollar vəsaitin ayrılmasına dair RAZILAŞMA ƏLDƏ EDİBLƏR
- Marina Silva: "İqlim maliyyəsi həssas ölkələrə güzəşt deyil, iqlimlə mübarizə üçündür"
- COP29-un bağlanış plenar iclasında Paris Sazişinin 6-cı maddəsi tam təsdiqlənib