Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycanəsilli biznesmen Vahid Ələkbərov sərvətini artırdı
Rusiyada azərbaycanəsilli sahibkar, "LUKOİL"un təsisçisi Vahid Ələkbərov ilin əvvəlindən sərvətinə 3.59 milyard dollar (təxminən 6.1 milyard manat) əlavə edə bilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Bloomberg" agentliyinin ekspertlərinin tərtib etdikləri "Milyarderlər İndeksi"ndə məlumat verilib.
Bildirilib ki, rusiyalı milyarderin sərvəti ümumilikdə 28.2 milyard dollardır.
Qeyd edək ki, dünyanın ən varlı 500 insanının sərvəti haqqında məlumatları özündə birləşdirən "Bloomberg Billionaires Index" 2012-ci ilin martından bəri dərc edilir. İndeks, xüsusilə şirkətlərin səhmlərinin dəyərinə əsasən hesablanır.
"Vahid Ələkbərov" teqi üzrə xəbərlər
- Vahid Ələkbərovun oğlu "Spartak"ın Direktorlar Şurasını tərk edəcək
- ABŞ Vahid Ələkbərovun oğluna sanksiya tətbiq etdi
- Azərbaycanəsilli biznesmen sərvətini ən çox artıran milyarderlər sıyahısında
- Azərbaycanəsilli biznesmen sərvətini ən çox artıran milyarderlər sıyahısında
- Vahid Ələkbərov ən varlı rusiyalıların siyahısında birincidir