“Azəristiliktəchizat” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 191,138 mln. manat təşkil edib.
Oxu.Az “Report”a istinadən xəbər verir ki, şirkətin maliyyə hesabatında bu barədə qeyd olunub.
Hesabatdan aydın olur ki, 2016-cı ildə “Azəristiliktəchizat”ın uzunmüddətli aktivləri 2% azalaraq 163,503 mln. manat, qısamüddətli aktivləri isə 10,8% artaraq 27,635 mln. manat olub.
Hesabat dövründə səhmdar cəmiyyətin cəmi öhdəlikləri 20% artaraq 87,806 mln. manata çatıb. Əvəzində şirkətin cəmi kapitalı 12,8% azalaraq 103,332 mln. manata düşüb.
“Azəristiliktəchizat” 2016-cı ili 117,283 mln. manat xalis zərərlə başa vurub ki, bu da 2015-ci ilə nisbətən 21,6% çoxdur.
Xatırladaq ki, “Azəristiliktəchizat” ASC 2005-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 19,266 mln. manatdır.
L.Ə.