Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakıda və bəzi rayonlarda qaz kəsiləcək
Bu gün saat 17:00-dək Ağstafa, Ağcabədi rayonlarına, Zaqatala və Goranboy rayonlarının bir hissəsinə, saat 18:00-dək Mingəçevir şəhərinə, Yevlax rayonunun Tanrıqulular kəndinə, Abşeron və Tərtər rayonlarının bir hissəsinə, Xəzər rayonunun bir hissəsinə, saat 17:00-dək Quba rayonuna, saat 18:00-dək isə Qazax, Nərimanov, Lənkəran, Xətai, Binəqədi və Sabunçu rayonlarının bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Məlumatda bildirilib ki, adı qeyd edilən ərazilərdə təbii qazın verilməsində məhdudiyyətlərin olması aparılan təmir işləri ilə əlaqədardır.