Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Baku TV COP29-la bağlı yeni layihəyə start verdi
"Qarabağ və Şərqi Zəngəzurda Yaponiyanın TEPSCO şirkəti ilə işlədik. Araşdırmalar əsnasında qeyd etdilər ki, dünyada yaşıl şəhərlər və yaşıl qəsəbələr, kəndlər var. Amma bu nəhənglikdə yaşıl zona ilə ilk dəfədir qarşı-qarşıya gəlirlər. Bura Livan böyüklükdə bir ərazidir".
Bunları Baku TV-nin yeni "COP-BAKU" media layihəsinə müsahibəsində energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov deyib.
O, həmçinin COP29-da Azərbaycanın hansı təkliflərinin müzakirə olunacağını da açıqlayıb.
Verilişdə Xəzər regionunun ən böyük günəş elektrik stansiyası olan "Qaradağ" Günəş Elektrik Stansiyasının unikal kadrları da yayımlanıb. Stansiyanı inşa edən və hazırda onun idarə olunmasını həyata keçirən "Masdar Azerbaijan" şirkətinin direktoru Murad Sadıqov daha 3 böyük stansiyanın inşasına başladıqlarını və onların hansı ərazilərdə yerləşdiyi haqqında danışıb.
"COP-BAKU" media layihəsi Azərbaycanda ilk dəfə yaşıl enerji sahəsində görülən işləri və bu istiqamətdə qarşıda duran hədəfləri işıqlandıracaq.
Qeyd edək ki, Azərbaycanın yaşıl enerji ilə bağlı gördüyü işləri dünya ictimaiyyətinin də diqqətinə çatdırmaq üçün media layihəsi ingilis və rus dillərində də yayımlanacaq.
Daha ətraflı Baku TV-nin süjetində:
"COP29" teqi üzrə xəbərlər
- Seneqal nümayəndəsi: "COP29-da texnologiyaların tətbiqi proqramı ilə bağlı razılığa nail olunub"
- COP29-un on ikinci günü: Mavi Zona tədbirləri
- Kəmalənin əlinə pulu kim verir?
- SİMA minlərlə ağacın qorunmasına töhfə verir
- WWF nümayəndəsi: "2023-cü il istilik rekordlarını qırdı, 2024-cü il daha pis olacaq"