Maliyyə-bank sisteminin dayanıqlığının təmin edilməsinə, bank sistemi və onu əhatə edən iqtisadi və hüquqi infrastrukturda əsaslı keyfiyyət dəyişikliklərinə, qiymətli kağızlar və sığorta bazarının səmərəliliyinin artırılmasına və perspektiv inkişafına yönələn prioritet istiqamətlər açıqlanıb.
Oxu.Az.az xəbər verir ki, bu, 2018-2021-ci illər üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində qeyd olunub.
Qeyd edilir ki, bank sisteminin kapitallaşması və likvidliyin təmin edilməsi, emitentlər və maliyyə vasitəçiləri üçün əlverişli mühitin yaradılması, kredit məlumatlarının mübadiləsi sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdiriləcək.
Bundan başqa, kapital dayanıqlığı bərpa olunmayan bankların restrukturizasiyası, likvidliyin verilməsi alətlərinin genişləndirilməsi, bank sektoru üzrə yol xəritəsinin hazırlanması, sistem əhəmiyyətli bankların tənzimləmə mexanizminin müəyyən edilməsi də prioritet istiqamət kimi müəyyən edilib.
O da məlum olur ki, qeyri-işlək aktivlərin idarə edilməsi və satışının təşviqi məqsədilə hüquqi mexanizmlərin yaradılması, restrukturizasiya planında daxil ediləcək qeyri-işlək aktivlər üzrə meyarların müəyyən edilməsi, restrukturizasiya strategiyasının müəyyən edilməsi, restrukturizasiya proqramının icrası və monitorinqinin aparılması da prioritet istiqamətlərdən elan edilib.
L.Ə.