Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən lisenziyası ləğv edilmiş “Bank Standard” QSC-də fiziki şəxslərin ümumi əmanətlərinin məbləği 603 milyon manatdır.
Oxu.Az xəbər verir ki, bu barədə “Report”a Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan bildirilib.
Bunun 568 milyon manatını qorunan əmanətlər, o cümlədən 460 milyon manatını kompensasiya olunan əmanətlər təşkil edir. Qorunan əmanətçilərin sayı 138 min nəfərdir. Bunlardan 50 mininin əmanəti 1 manatdan çoxdur.
U.A.
www.oxu.az