Cari ilin sentyabr ayının 1-nə ölkədə fəaliyyət göstərən bankların məcmu xarici öhdəliklərinin həcmi 6 428.3 mln.manat təşkil edib.
Oxu.Az Mərkəzi Banka istinadən xəbər verir ki, iyul ayında bankların xarici borclanması 6891.0 mln. manat olub. Bu da bankların xarici borclanmasının avqust ayında iyul ayı ilə müqayisədə 462,7 mln. manat azalması deməkdir.
İlin əvvəli ilə müqayisədə isə məcmu xarici öhdəliklər 796,5 mln. manat azalıb.
L.Ə.