Beynəlxalq Valyuta Fondu (BVF) 2032-ci ilə qədər olan dövrdə Azərbaycanda illik inflyasiyaya dair proqnozlarını açıqlayıb.
Oxu.Az BVF-nin saytına istinadən xəbər verir ki, proqnozları fondun Azərbaycan üzrə missiya rəhbəri Anna Bordon 2026-cı il fevralın 4-17 tarixlərində Bakıya səfərinin yekunlarına dair açıqlayıb.
Bildirilir ki, xaricdən inflyasiya təzyiqinin azalması və büdcə konsolidasiyasının davam etdirilməsi şərtilə, Azərbaycanda illik inflyasiya 2025-ci ilin sonundakı 5.2%-dən 2026-cı ilin sonuna 5%-ə, 2027-ci ilin sonuna isə 4%-ə enəcək.
BVF 2032-ci ilə qədər olan dövrdə illik inflyasiyanın 4% səviyyəsində sabit qalacağını proqnozlaşdırır.
Fondun proqnozlarına görə, ortaillik inflyasiya 2026-cı ildə 5.2% (2025-ci ildə 5.6%), 2027-ci ildə 4.5% təşkil edəcək, sonrakı illərdə isə - 2032-ci ilə qədər 4% səviyyəsində gözlənilir.