Qazpaylayıcı stansiyada baypası xəttinin quraşdırılması və daraldıcı qurğuların əvəzlənməsi ilə əlaqədar bu gün saat 17:00-dək Xaçmaz rayonunun bir hissəsinə qaz təchizatında məhdudiyyətlər olacaq.
Oxu.Az APA- Economics-ə istinadən xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, qaz ölçü qovşaqlarında daraldıcı qurğuların sərfiyyata uyğun yeniləri ilə əvəzlənməsi ilə əlaqədar isə saat 12:00-dək Şabran rayonuna, Bərdə, Bakının Xətai və Sabunçu rayonlarının bir hissəsinə, saat 13:00-dan 15:00-dək Xəzər rayonunun bir hissəsinə, saat 15:00-dan 17:00-dək isə Ağdam rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.